Ərdoğan Türkiyənin AB-yə qoşulmasını istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i361604-Ərdoğan_türkiyənin_ab_yə_qoşulmasını_istəyib
Türkiyə prezidenti bu ölkənin Avropa Birliyinə qoşulmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2020 11:04 Asia/Baku
  • Ərdoğan Türkiyənin AB-yə qoşulmasını istəyib

Türkiyə prezidenti bu ölkənin Avropa Birliyinə qoşulmasını istəyib.

Rəcəb Tayyıp Ərdoğan dünən Avropa Birliyinin təşkilininin ildönümü günü münasibətilə bu birliyə məktub göndərib. O, bu məktubda «Türkiyəyə qarşı ayrı-seçkilik və və bu ölkənin Avropa Birliyi tərəfindən rədd olunması» adlandırdığı məsələyə son qoyulmasını istəyib.

«Ankara-Avropa münasibətlərinin yaxşılaşdırılması üçün bütün fürsətlərdən istifadə etmək lazımdır» deyən Türkiyə prezidenti söyləyib: Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul edilməsi bu birliyin siyasi, iqtisadi və təhlükəsizlik sahələrinin gücləndirilməsində təsirli rola malik olacaq və birliyi beynəlxalq səhnədə mühüm bir oyunçuya çevirəcəkdir.

Türkiyə 1999-cu ildə rəsmi surətdə Avropa Birliyinə üzvlüyə namizəd oldu.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair rəsmi müzakirələrin 2005-ci ildə başlamasına rəğmən, hələ də bu ölkənin həmin birliyə üzvlüyü yolundakı başlıca maneələr qalmaqda davam edir.