Türkiyədə HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i361797-türkiyədə_hdp_yə_üzv_dörd_bələdiyyə_başçısı_həbs_olunub
Türkiyədə Xalqların Demokratik Partiyası- HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub və bu partiyanın tabeliyində olan üç bələdiyyə hökumət nəzarətinə keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2020 12:39 Asia/Baku
  • Türkiyədə HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub

Türkiyədə Xalqların Demokratik Partiyası- HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub və bu partiyanın tabeliyində olan üç bələdiyyə hökumət nəzarətinə keçibdir.

SaharAzeri xəbər verir ki, Türkiyə daxili işlər nazirliyi bu gün üç nəfəri bu ölkənin cənub-şərqində yerləşən və kürdsakinli şəhərlərdən olan Siirt, Kurtalan və Baykan şəhərlərinə başçı kimi göndərib. Bu üç şəhərin bələdiyyə başçıları və İğdır şəhərinin meri terror işləri barədəki təhqiqat çərçivəsində həbs olunublar. Bu merlərin hamısı Xalqların Demokratik Partiyasındandır.

Bu şəxslər Türkiyə bələdəiyyələrinə keçirilən 2019-cu il 31 mart seçkilərində maksimum səs qazanaraq, öz seçki dairələrində qalib gələ bilmişdilər.

TÜRKİYƏDƏ HDP-YƏ ÜZV 4 BƏLƏDİYYƏ BAŞÇISI HƏBS OLUNUB