İyun 13, 2020 08:48 Asia/Baku
  • Türkiyə F-35 döyüş təyyarələrinin istehsalı prosesindən uzaqlaşdırılıb

Türkiyə ilə ABŞ arasında soyuq savaş yeni mərhələyə daxil olur. Ankara F-35 döyüş təyyarələrinin istehsal prosesindən uzaqlaşdırıldı.

SaharAzeri xəbər verir,  ABŞ Senatının Silahlı Qüvvələrin işi üzrə Komitəsi gələn ilin Milli Müdafiə büdcəsində F-35 qırıcılarından 95 ədəd istehsal etmək üçün 9,1 milyard dollarlıq büdcənin təsdiqləndiyini açıqlayıb.

Komitə əlavə olaraq, istehsal edilərək Türkiyəyə satılan, lakin təhvil verilməyən altı təyyarənin də uyğunlaşdırılaraq ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən istifadəsinə icazə verib.

Bu qərarlar Senatın Silahlı Qüvvələrin işi üzrə Komitəsində ABŞ-ın 2021-ci il üçün Mİlli Müdafiə büdcəsinin müzakirədə olan qanun layihəsinə daxil edilib. Layihənin qüvvəyə minməsi üçün proses davam edir. Döyüş təyyarələri Ankaranın Rusiyadan S-400 hava hucumundan müdafiə sistemi satın almasına görə yaranan anlaşılmazlığa görə Türkiyəyə təhvil verilməyib.

ABŞ və NATO S-400-ün NATO sistemlərinə uyğun olmadığını və göstərdi, buna görə də bu ölkə layihə ortağı olduğu F-35 yeni nəsil döyüş təyyarələrinin istehsalından uzaqlaşdırılıb.

Xatırladaq ki, ötən il iyunun 17-də rəsmi Vaşinqton Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alması ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.  Ağ Ev vurğulayıb ki, Ankaranın Rusiyada zenit-raket kompleksləri alması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

O vaxt Türkiyə Xarici  İşlər Nazirliyi ABŞ-ın rəsmi Ankaranı "F-35" tipli qırıcıların istehsalı üzrə proqramdan çıxarmasını birtərəfli və qanunsuz addım adlandırmış və bildirmişdi ki, S-400" zenit-raket komplekslərinin "F - 35" qırıcılarına təhdid təşkil etməsinə dair iddialar əsassızdır. 

 

Teqlər