Ərəbistanın Qaşıqçının qatillərini mühakimə etmək səlahiyyəti yoxdur
Türkiyə prezidentinin müşaviri vurğulayıb ki, Ərəbistanın səudiyyəni tənqid edən jurnalist Camal Qaşıqçının qatillərini mühakimə etmək səlahiyyəti yoxdur.
SəhərAzəri xəbər verir, Yasin Aktay dünən İstanbul məhkəməsində Camal Qaşıqçının qatillərinin qiyabi mühakiməsinin başlanmasının ardınca Ərəbistan başçılarının səudiyyə rejimini tənqid edən jurnalistin qətli işinə baxmaq tərzini tənqid edib və belə deyib: Bu cinayətin amilləri və onu himayə edən kəslər hələ də gündəlik şəkildə cinayət törətməkdə və Ərəbistanın daxili və xaricində insan haqlarını pozmaqdadırlar.
Yasin Aktay səud başçılarının bu cinayətin baş verməsindən sonrakı günlərdə Türkiyə rəsmilərinin Ərəbistanın İstanbuldakı konsulluğunda olmalarını əngəlləmələrini pisləyib və belə söyləyib: Bu hərəkət səudlar tərəfindən faktlar və sənədlərin yox edilməsi üçün münasib bir fürsət olubdur.
Ərdoğanın müşaviri sonra Qaşıqçının qətlindən sonra İstanbula səfər etmiş Ərəbistanın baş prokurorunu tənqid edib və belə deyib: O, nəinki Qaşıqçının cəsədinin taleyi barədə və iş üzrə müttəhimlərin etirafları barədə məlumat vermədi, əksinə səudiyyə rejimini tənqid edən bu jurnalistin telefon danışıqlarını və onun yanındakı kompüterini, ədalətin icrası üçün deyil, informasiyaların cinayətkarların xeyrinə təmizlənməsi üçün tələb etdi.
Aktay həmçinin belə qeyd edib: Ərəbistanın məhkəmə aparatı İstanbul prokurorluğunun, həbsi barədə göstəriş verdiyi 20 müttəhim arasından təkcə beş nəfəri bu cinayətdə məhkum etdi və məhkəmənin bu beş nəfərin barəsində edam hökmü verməsindən, yerdə qalanlarına isə bəraət qazandırmasından sonra bu beş nəfərin edam hökmünü də sonradan ləğv etdi.
Səudiyyə rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətlində ittiham olunan 20 nəfərin qiyabi məhkəməsi cümə günü İstanbulda başlandı. Bu məhkəmə iclasında Yasin Oktay da şahid kimi səud krallığının ali məhkəməsinin müşaviri Səud Əlqəhtaninin Qaşıqçının qətlində qəti rolunun olmasına işarə edib və bildirib ki, Qaşıqçı ona Əlqəhtaninin onun övladlarından birini hədələyərək, atasına səud rejimini tənqid etməkdən əl çəkməsini istədiyini demişdi.
Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Ərəbistanin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı və səud başçıları həftələrlə təkzibdən sonra nəhayət bu jurnalistin konsulluğun içərisində qətlə yetirildiyini etiraf etdilər.