İyul 13, 2020 17:49 Asia/Baku
  • Türkiyə ilə Özbəkistan arasında investisiya qoyuluşuna dəstək müqaviləsi qüvvəyə minib

Türkiyə ilə Özbəkistan arasında investisiya qoyuluşunun dəstəklənməsi və təşviqinə dair müqavilənin icrasına başlanılıb.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, bu müqavilə 2017-ci il oktyabın 25-də Özbəkistan prezidenti Şövkət Mirzəyevin Türkiyəyə səfəri zamanı imzalanıb. 

Bu müqavilə türk və özbək investorların dəstəklənməsinin hüquqi əsaslarını müəyyənləşdirir, investisiya və texnologiyanın cəlb edilməsni və məhdudiyyətsiz pul köçürmələrini asanlaşdırır.

Türkiyə Özbəkistanın müstəqilliyini 1991-ci ilin 16 dekabr tarixində rəsmən tanıyıb və 1992-ci il mart ayının dördündə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 

Teqlər