Hakari vilayətində 2 Türkiyə hərbçisi öldürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i364928-hakari_vilayətində_2_türkiyə_hərbçisi_öldürülüb
Türkiyənin cənub-şərqində silahlı hücumçuların basqını zamanı bu ölkənin iki hərbçisi öldürülüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 21, 2020 08:31 Asia/Baku
  • Hakari vilayətində 2 Türkiyə hərbçisi öldürülüb

Türkiyənin cənub-şərqində silahlı hücumçuların basqını zamanı bu ölkənin iki hərbçisi öldürülüb.

SəhərAzəri xəbər verir, Türkiyənin Müdafiə Nazirliyi bildirib ki, bu hücumçular Türkiyənin Hakari vilayətinin «Çukurca» bazasında yerləşən ordunun pilotsuzlar, vertolyotlar və artilleriya kimi hərbi texnika və sursatlarına mərmi atıblar.

Üç gün bundan öncə də Türkiyənin Müdafiə Nazirliyi bildirmişdi ki, Hakari vilayətində mina partlayışı nəticəsində bu ölkənin üç hərbçisi öldürülüb.

Türkiyə hökuməti bu hücumları PKK ünsürləri ilə əlaqələndirir. PKK Türkiyə hökuməti tərəfindən terroçu qrup kimi tanınır.