Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi parlamentə daxil olub
https://azeri.sahartv.ir/news/türkiyə-i364933-türkiyədə_sosial_şəbəkələrin_tənzimlənməsini_nəzərdə_tutan_qanun_layihəsi_parlamentə_daxil_olub
Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2020 10:04 Asia/Baku
  • Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi parlamentə daxil olub

Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.

 SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Özləm Zəngin bildirib.

O deyib ki, məqsəd sosial şəbəkələrin bağlanması deyil: “Sosial şəbəkələrin həyatımızdakı yerinin fərqindəyik. Sosial şəbəkələrdə təhqirə, söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”.

 

Ö. Zengin qeyd edib ki, qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq.