86 ildən sonra Aya Sofya-da cümə namazı
Aya Sofya-nın vəziyyətinin muzeydən məscidə dəyişməsində sonra Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın və bu ölkənin bir qrup rəsmisinin iştirakı ilə bu məkanda ilk cümə namazı mərasimi keçirilib.
SəhərAzəri xəbər veriri, Türkiyənin bəzi televiziya və radio kanallarından birbaşa şəkildə yayılan mərasim Qurani-Kərimdən ayələrin qiraət edilməsilə başlanıb. Mərasim, iştirakçıların məscidin şəbistanlarında və ətrafdakı açıq mühitdə sosial məsafəyə riayət etmələrilə keçirilib.
Türkiyə prezidenti bu münasibətlə «Cümə gününüz xeyir!» adlı bir tvitt yerləşdirib.
Ərdoğan bundan öncə bildirmişdi ki, Aya Sofya məscidə çevrilir və iyulun 24-də 86 ildən sonra ilk dəfə bu məkanda namaz qılınacaq.
Türkiyə Ali Məhkəməsi ötən ay, 1934-cü ildə bu ölkə hökumətinin Aya Sofyanın muzey olmasına dair hökmünü ləğv edərək, bu məkanın məscidə çevrildiyini bildirdi.
Bosfor boğazının girəcəyində, İstanbulun Sultan Əhməb məhəlləsində yerləşən bu bina altıncı əsrdə tikilib və on beşinci əsrdə, Osmanlı imperiyası zamanı məscidə çevrilibdir.