Avq 21, 2020 21:56 Asia/Baku
  • Türkiyə ordusu Ərbilə hücumlar keçirib

Türkiyə qırıcıları bu gün İraqın Ərbil vilayətinn şimal kəndlərini bombalayıblar.

SəhərAzəri xəbər verir, Türkiyənin bugünkü hava hücumları Ərbilin şimalında yerləşən kürdsakinli kəndlərdəri yüksəkliklər üzərində təmərküzləşibdir.

Bu hücumlar sakinlər arasında qorxu hissinin yaranmasına bais olub. Hələ ehtimal olunan tələfat və xəsarətlər barədə məlumat daxil olmayıbdır.

Dünən Türkiyə özünün ağır texnikası, o sıradan artilleriyasını Bəradust bölgəsinə göndərmişdi.

Türkiyə ordusu PKK üzvlərini yatırmaq üçün 2019-cu ilin 27 mayından İraqın şimalında əməliyyata başlayıb.

Rəsmi Bağdad dəfələrlə Türkiyənin hərbi qüvvələrinin İraqın şimal bölgələrinə girmələri və bu bölgələrə qarşı hava hücumlarını İraqın ərazi bütövlüyünün pozulmasının nümunəsi adlandıraraq pisləyib və bu hücumların durdurulmasını tələb edibdir.

PKK Türkiyə hökuməti tərəfindən terror qrup kimi tanınır və təqdim olunur.

Teqlər