Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib
https://azeri.sahartv.ir/news/türkiyə-i369054-türkiyənin_keçmiş_baş_naziri_məsud_yılmaz_vəfat_edib
Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2020 08:54 Asia/Baku
  • Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib.

SəhərAzəri xəbər verir, 73 yaşlı M. Yılmaz bu gün dünyasını dəyişib.

Ötən ilin yanvar ayında ağciyərində şiş aşkarlanan M. Yılmaz uzun müddət idi ki, müalicə olunurdu.

Qeyd edək ki, 6 noyabr 1947-ci ildə İstanbulda anadan olan Məsud Yılmaz 1991-2002-ci illərdə Türkiyənin Ana Vətən Partiyasının sədri olub. Dəfələrlə deputat seçilən Məsud Yılmaz Türkiyənin Xarici İşlər və Turizm nazirləri vəzifələrində də çalışıb.

O, Türkiyənin Cümhuriyyət tarixində Ali Məhkəmədə mühakimə olunan ilk Baş nazir kimi tarixə düşüb.