Noy 21, 2020 14:56 Asia/Baku
  • Hulusi Akar:

Türkiyə Milli Müdafiə naziri deyib: "Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək".

SəhərAzəri xəbər verir, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: "Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır".

Bu elə bir haldadır ki, Rusiya Dağlıq Qarabağda təkcə bu ölkə sülhməramlılarının yerləşəcəyini bildirib və üçtərəfli razılaşmanın mətnində Türkiyənin iştirakı məsələsi qeyd edilməyib.

Teqlər