Qətər əmiri Türkiyəyə səfər edib
Qətər əmiri Şeyx Təmim bin Həməd Türkiyə-Qətər Yüksək Strateji Şuranın iclasında iştirak məqsədilə bu gün Ankaraya səfər edib.
SəhərAzəri xəbər verir, Türkiyə prezident administrasiyasının əlaqələr ofisi bildiribdir ki, bu səfərdə bütün sahələr və miqyaslarda Türkiyə-Qətər əlaqələri nəzərdən keçiriləcək və strateji iştiraka əsasən, həmkarlıqların daha da dərinləşdirilməsi istiqamətində lazımi addım və tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.
Regional və beynəlxalq olaylar, həmçinin Qətər ilə Türkiyə arasında əməkdaşlıq barədə müqavilələrin imzalanması iclasın digər əsas mehvərlərindən olacaq.
Türkiyənin TRT telekanalı Ərdoğanın Qətər əmirini qarşılaması mərasimini yaymaqla yanaşı, xəbər veribdir ki, bu, son yetmiş ayda türkiyəli və qətərli tərəflərin 28-ci görüşüdür. Bu da iki ölkə münasibətləri tarixində misli görünməmiş bir rekorddur.