Dek 09, 2020 13:59 Asia/Baku
  • Türkiyənin AB-nin ağır sanksiyalarına cavabı

Türkiyə Avropa Birliyinin Ankara ilə müzakirələr aparmadan sanksiya tətbiq etmək barədəki ifadələrini tənqid edib.

SəhərAzəri xəbər verir, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyanın icra şurasının iclasındakı çıxışında deyib: Avropa Birliyi Türkiyə olmadan öz problemlərini həll edə bilməyəcək və bu cəhətdən Türkiyə barədə mötədilliyə riayət etməlidir.

Ömər Çelik söyləyib: Yunanıstanla müştərək bir coğrafiyada yaşayırıq. Yunanıstan uzaq ölkələrdən yardım diləmək və Türkiyəyə qarşı icbari tədbirlər görməklə bir nəticəyə çatmayacaq.

Belə bir halda, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel bazar ertəsi günü Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra müxbirlər qarşısında belə dedi: Türkiyənin rəftarında əsaslı dəyişiklik müşahidə olunmayıb, hətta şərait bəzi hallarda bundan da ağır olub və bununla bağlı dəyərləndirmələr pozitiv deyildir.

Avropa Birliyi öncədən Türkiyəyə xəbərdarlıq etmişdi ki, münaqişəli Şərqi Aralıq dənizi sularında qaz kəşfiyyatına son qoysun. Bu birlik həmçinin Ankaranın Liviya və Suriya savaşlarındakı rolundan və Rusiya ilə əlaqəsindən qəzəblidir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dəfələrlə bildiribdir ki, Türkiyənin Şərqi Aralıq dənizi sularındakı fəaliyyəti Türkiyənin qanuni dəniz hüquqları ilə tam şəkildə uyuşur.

Teqlər