Fəxrəddin Qoca:
“Türkiyədə yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq”
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
SəhərAzəri xəbər verir, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində yaradılan Elm Qurumunun toplantısından sonra jurnalistlərin sualların açıqlayarkən bildirib.
Nazir deyib ki, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyətindən əlavə, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi də qüvvədə olduğu üçün ümumilikdə 4 gün küçəyə çıxmaq müddəti Elm Qurumunun tövsiyələrinə uyğun olaraq müəyyənləşib: “Bu müddətin artıb-azalacağı ilə bağlı qərar infeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək. Amma il sonunda küçəyə çıxmaq məhdudiyyəti mütləq tətbiq olunacaq”.