Dek 21, 2020 00:44 Asia/Baku
  • Çavuşoğlu:

Əziz Niko, sənə yeni il üçün dostca tövsiyə verirəm: başqalarından yardım istəməkdən və yunan xalqının nüfuzunu zədələməkdən əl çək.

SəhərAzəri xəbər verir, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitterdə yazıb.

O, Yunanıstan xarici işlər naziri Nikos Dendiasa növbəti illə bağlı mesaj verib.

“2021-ci il səmimi və ciddi şəkildə müzakirələr aparacağımız bir il olsun”, - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Dendias sosial şəbəkə hesabında Türkiyəyə qarşı silah embarqosu məsələsini gündəmə gətirib.

Teqlər