Dek 22, 2020 19:25 Asia/Baku
  • Türkiyə ordusu Şərqi Aralıqda hərbi təlimlər keçirildi

Türkiyə ordusu Şərqi Aralıq dənizində yerləşən “Aksaz” sahil bölgəsində təlim-məşqlər keçirilib.

SəhərAzəri xəbər verir, Türkiyə müdafiə nazirlyi bir məlumatda bildiribdir ki, bu təlim-məşqlər bu gün quru qoşunlarından bölmələr və hava qoşunlarınn iştirakı ilə “Aksaz” sahil bölgəsində keçirilib.

Bu məlumata görə, həmin təlim-məşqlər silahlı qüvvələrin dəniz, hava və quruda daha artıq koordinasıyası məqsədi ilə keçirilir. Təlim-məşqlərdə qırıcılar, PUA-lar, hərbi gəmi və freqatlar, eləcə də sahil qvardiyası və quru qoşunlarının zirehli bölməsi iştirak ediblər.

Bu xəbər elə bir halda yayılır ki, informasiya mənbələri bazar günü də Türkiyənin dəniz qüvvələrinin Aralıq dənizində təlim-məşqlər keçirmələrindən xəbər vermişdilər.

Ankaranın Aralıq dənizində hərbi təlimlər keçirmək qərarına gəlməsi elə bir haldadır ki, Türkiyənin bu dənizdəki fəaliyyətlərindən sonra Avropa Birliyi ilə Ankara arasındakı münasibətlər gərginliyə düçar olubdur.

Avropa Birliyi həmçinin Türkiyənin Yunanıstan və Kipr qarşısındakı hərəkətlərinə görə, Ankaraya qarşı sanksiyaların tətbiqindən xəbər vermişdi.

Teqlər