Türkiyənin S-400-ü NATO təyyarələri üçün təhdid hesab olunur
Dek 30, 2020 12:21 Asia/Baku
NATO-nun baş katibi deyib ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 raket sistemləri NATO təyyarələrinə qarşı bir təhdiddir.
SəhərAzəri xəbər verir, Yens Stoltenberq sonra deyib: Rusiya istehsalı olan S-400 raket sistemi NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya edilə bilməz, zira NATO ölkələrinin istifadə etdikləri texnologiyalarla uyuşmur.
Bu raket sistemi NATO aviasiyası üçün təhlükəlidir- deyən Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi qeyd edib ki, Türkiyənin, S-400-ün yerinə, Patriot hava hücumundan müdafiə sistemlərini satın almaq barədə müzakirə aparmasına dəstək verir.