Türkiyədəki Gülən tərəfdarlarına həbs hökmü çıxarılıb
Ankara Baş Prokurorluğu 2016-cı ildə Türkiyə hökumətinə qarşı hərbi çevrilişdə əsas şübhəli bilinən Fəthullah Gülənin tərəfdarlarına həbs hökmü çıxarıb.
SəhərAzəri xəbər verir, Ankara Baş Prokurorluğu bu gün səhər tezdən Fəthullah Gülən cərəyanı ilə əlaqədə olmaq ittihamı ilə bu ölkə hərbçilərindən 92 nəfərə ömürlük həbs cəzası hökmü çıxarıb.
15 iyul 2016-cı il tarixində baş tutmamış çevrilişlə bağlı olan 12 müttəhim barədəki həbs qərarı qətidir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar bildiribdir ki, uğursuz 2016-cı il 15 iyul çevrilişində əli olmaq ittihamı ilə bütövlükdə 2500 nəfər barədə ömürlük həbs cəzası hökmü çıxarılıbdır.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, 150 minə yaxın dövlət qulluqçusu ya işdən çıxarılıb, ya da ki, iş fəaliyyəti dayandırılıb. 20 min 833 hərbçi isə ordudan qovulubdur.
Türkiyədə baş tutmamış 2016-cı il çevrilişindən sonra bu çevrilişdə rolu olmuş Fəthullah Gülən cərəyanı ilə bağlı olan amillərin həbsi üzrə əməliyyat başlandı. İndiyədək on minlərlə nəfər həbs olunub və öz xidmət məkanından qovulubdur. Bununla belə, Gülən çevrilişdə əlinin olması iddiasını rədd edir.a