Yan 07, 2021 11:53 Asia/Baku
  • ABŞ-da yaşayan türklərə müraciət edildi

Türkiyə Xirici İşlər Nazirliyi ABŞ-da yaşayan türklərə qarışıqlıq olan məkanlardan uzaq durmağı tövsiyə edib.

SəhərAzəri xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir: 

"ABŞ-da prezident seçkilərindən sonra baş verən və nümayişçilərin Konqres binasına girməsi təşəbbüsünə qədər uzanan daxili prosesləri narahatlıqla izləyirik".

Açıqlamada ABŞ-dakı bütün tərəflər qarşılıqlı olaraq sağlam düşüncəyə dəvət edilir və ölkədəki daxili böhranın anlaşma əsasında aradan qaldırılacağına inam ifadə olunur.

ABŞ-dakı türkiyə vətəndaşlarının qarışıqlıq olan məkanlardan uzaq durması tövsiyə edilir.

Teqlər