Türkiyədə səhiyyə naziri və SEK-in üzvləri “Sinovac” vaksini ilə peyvənd olunublar
https://azeri.sahartv.ir/news/türkiyə-i371997-türkiyədə_səhiyyə_naziri_və_sek_in_üzvləri_sinovac_vaksini_ilə_peyvənd_olunublar
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2021 17:55 Asia/Baku
  • Türkiyədə səhiyyə naziri və SEK-in üzvləri “Sinovac” vaksini ilə peyvənd olunublar

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Çindən alınan “Sinovac” vaksini ilə kütləvi peyvəndlənməyə start verilib.

SəhərAzəri xəbər verir, “Sinovac” vaksininin ilk dozası səhiyyə naziri Fahrettin Kocaya vurulub. Nazirin ardınca Türkiyə Səhiyyə üzrə Elmi Komitəsinin üzvləri peyvənd olunublar.

“Sinovac” vaksini ilə ilk peyvəndləmə Ankara şəhər xəstəxanasında aparılıb.

Proses media qurumları tərəfindən canlı nümayiş edilib.

Qeyd edək ki, Türkiyəyə 3 milyon “Sinovac” vaksini gətirilib və laboratoriya sınağından keçirilib. “Sinovac” vaksinindən sifariş 50 milyon dozadır.