Türkiyə sosial şəbəkələrin diktəsinə tabe olmayacaq.
Ərdoğan: "Özlərini qanundan da, hüquqdan da üstün tutan Qərbin sosial şəbəkə şirkətlərinə boyun əyməyəcəyik"
SəhərAzəri xəbər verir, Ərdoğan bildirib ki, elektron və sosial media həyatımıza gətirdiyi asanlıqlarla bərabər, bir çox sahələrdə ciddi risklər də yaradır: “Bir tərəfdə demokratiyanı təbliğ edən sosial şəbəkələr, digər tərəfdə kibertəhlükə, kiberterror və yalan məlumatları gündəmimizə daxil ediblər. ABŞ-da seçkilər ətrafında baş verən mübahisələr göstərdi ki, rəqəmsal faşizm nələrə gətirib çıxara bilər. Əsas təhlükə odur ki, terrorçular sosial şəbəkələr vasitəsilə siyasətə müdaxilə edirlər. Biz sosial şəbəkələrin bir çox özbaşınalıq halları ilə qarşılaşdıq, lakin onların diktəsinə tabe olmayacağıq".
Ərdoğan əlavə edib ki, Türkiyədə milli mesajlaşma xidmətlərindən istifadə artır və bu getdikcə güclənib-genişləniləcək.
Qeyd edək ki, keçən həftə Türkiyə Prezident Administrasiyasının Rəqəmsal Transformasiya şöbəsinin müdiri Ali Taha Koç əhaliyə yerli sosial şəbəkə vasitələri olan “BiP” və “Dedi” proqramlarından istifadəni tövsiyə edib. Türkiyədə “WhatsApp-ı silirik” kampaniyasına başlanılıb, bu kampaniyaya türkiyəli iş adamı, “Baykar Makine” şirkətinin texniki direktoru, Türkiyə Prezidentinin kürəkəni Selçuk Bayraktar da qatılıb. Selçuk Bayraktar mesajlaşmada “BiP”-dən istifadə etdiyini bildirib.