Türkiyə sionist rejimin qəsəbə salmalarını kəskin şəkildə qınayıb
Türkiyə İsrail rejiminin İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 2 min 572 əlavə qanunsuz mənzilin tikilməsi üçün addım atmasını sərt dillə qınayıb.
SəhərAzəri TRT-yə istinadən xəbər verir, Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, bildirib ki, İsrail rejimi 2 min 572 əlavə qanunsuz mənzil tikərək, regionda sülhün təmin olunmasını əngəlləmək və coğrafi cəhətdən vahid və müstəqil bir Fələstin dövlətinin qurulmasına mane olmaq istəyir".
Türkiyənin Xarici İşlər Nazirliyi vurğulayıb: "Beynəlxalq ictimaiyyət Fələstin xalqının və torpaqlarının hüquqlarını qorumaq üçün İsrail rejiminin cinayətlərinə qarşı əməli tədbirlər görməlidir".
Son həftələrdə sionist rejim Co Baydenin rəsmən fəaliyyətə başlamasından əvvəl Fələstinin işğal olunmuş ərazilərində yüzlərlə yaşayış binasının inşası üçün layihə təsdiqləyib.
BMT Təhlükəsizlik Təşkilatının 2334 saylı qətnaməsinə əsasən, bu rejimin qəsəbə salma fəaliyyətləri qanunsuzdur; Buna baxmayaraq, bu rejim fələstinlilərin evlərini sükməyə və sionist sakinli qəsəbələrin inşasına davam etdirir.
Sionist rejim fələstinlilərin evlərini dağıtmaq və yeni sionist sakinli qəsəbələr inşa etməklə bu bölgələrin statusunu və demoqrafik quruluşunu dəyişdirmək niyyətindədir.