Yan 24, 2021 15:22 Asia/Baku
  • Ərdoğanın jurnalistlərlə pis rəftarlar qarşısındakı sükutu pislənib

Türkiyədə hökumətlə müxalif olan bir siyasətçi bu ölkənin prezideni Rəcəb Tayyıb Ərdoğanın jurnalistlər və siyasətçilərlə pis rəftarlar qarşısındakı sükutunu pisləyib.

SəhərAzəri xəbər verir ki, Türkiyə Demokratiya və Sıçrayış Partiyasının sədri Əli Babacan Ərdoğanın jurnalistlərə və siyasi xadimlərə qarşı hücum və təhdidlər qarşısında susmasını çox təhlükəli adlandırıb. Deyib ki, qanunun hökm sürdüyü bir ölkədə təhdid və zorakılığın şahidi olmaq olmaz.

Türkiyə hökumətinin bu müxalifi sonra deyib: Ərdoğan jurnalistlərə və siyasi xadimlərə qarşı zorakılıq qarşısında sükuta dalır, amma hər hansı digər mövzu barədə dil açır.

Babacan bu sözləri Gələcək partiyasının sədr müavini Selcuk Özdağın, ondan öncə də bu partiyaya yaxın olan jurnalist Uğuroğlunun hücum və işgəncələrə məruz qalmalarından sonra söyləyibdir.