Yan 24, 2021 17:56 Asia/Baku
  • Sabah Çindən Türkiyəyə “CoronaVac

Sabah səhər saatlarında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində ikinci partiya (10 milyon doza) vaksinin birinci hissəsi Çindən Türkiyəyə gətiriləcək.

SəhərAzəri   APA-ya istinadən xəbər verir ki, Sabah Türkiyəyə 6,5 milyon doza vaksin gətiriləcək. 

 Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Tvitter”-də bununla bağlı paylaşım edib. 

Qeyd edək ki, "Sinovac" şirkətinin "CoronaVac" vaksini inaktiv peyvənddir. Türkiyə Çinin “Sinovak” şirkəti ilə bağladığı müqaviləyə əsasən 10 milyon dozada “CoronaVac" vaksininin ilk mərhələdə 3 milyon dozası 30 dekabr 2020-ci ildə Türkiyəyə gətirilib. Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Agentliyinin iki həftəlik analizindən sonra yanvarın 13-dən başlayaraq öncə səhiyyə işçiləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir çox dövlət rəsmiləri, sonra isə yaşı 65-dən yuxarı olanlar peyvənd edilməyə başlanıb. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Nazir bildirib ki, 6,5 milyon doza vaksin də analiz edildikdən iki həftə sonra tətbiq olunacaq.

Teqlər