Türkiyə və Yunanıstan 5 il sonra yenidən masada
https://azeri.sahartv.ir/news/türkiyə-i372474-türkiyə_və_yunanıstan_5_il_sonra_yenidən_masada
Türkiyə ilə Yunanıstan arasında 5 illik fasilədən sonra görüşmələr yenidən İstanbulda baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2021 14:37 Asia/Baku
  • Türkiyə və Yunanıstan 5 il sonra yenidən masada

Türkiyə ilə Yunanıstan arasında 5 illik fasilədən sonra görüşmələr yenidən İstanbulda baş tutub.

SəhərAzəri 525-ci qəzetə istinadən xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında görüşmələr sona çatdı. Beş il öncəki son görüş 1 Mart 2016-cı ildə Afinada keçirilib.

Tərəflər arasında Egey və Şərqi Aralıq dənizi ilə bağlı və digər regional məsələlərlə bağlı müzakirələr aparıblar. Əldə edilən məlumata görə, araşdırma danışıqlar zamanı Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd Baş direktoru Səfir Çağatay Erciyes də görüşlərdə iştirak edib. Son danışıqlardan sonra bir açıqlama verilməsi gözlənilir.