Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i372546-türkiyə_alimləri_covid_19_u_bir_dəqiqəyə_məhv_edən_preparat_hazırlayıb
Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2021 11:23 Asia/Baku
  • Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasını əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.

SəhərAzəri Dəyərlərə.org-yə istinadən xəbər verir ki, məlumatı “Daily Sabah” qəzeti yayıb.

“Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb.

Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: “Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”.