Ərdoğan Qərb sosial şəbəkələrini tənqid edib
Türkiyə prezidenti Qərb sosial şəbəkələrinin islamofobiya və ksenofobiyanın təbliği üçün bir platformaya çevrilməsini tənqid edib və dünya ictimaiyyətini bu prosesə mane olmağa çağırıb.
SəhərAzəri xəbər verir ki,Qərb sosial şəbəkələrində anti-islam və irqçi məzmunlara rəvac verildyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: Beynəlxalq ictimaiyyət Bosniya, Ruanda və Kamboca kimi faciələrin təkrar olunmaması üçün tədbirlər görməlidir.
O, bildirib ki, COVID-19 epidemiyası ilə bir zamanda «rasizm virusu» da geniş şəkildə dünyada yayılmaqdadır.
Ərdoğan söyləyib: Bəşəriyyət çətin dövr keçirir; məscid və kilsələrə qarşı zorakılıqlar artıbdır.
Türkiyə prezidenti həmçinin Ədalət və İnkişaf Partiyasının nümayəndələri qarşısında deyib ki, Türkiyə parlamenti yaxın vaxtlarda iqtisadi islahatlar haqqında qanun layihələri paketini alacaq.