Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk qatar yola salınıb
Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən verilən məlumata görə, bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb.
Məlumata görə, 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik yolu 8 günə qət edəcəyi gözlənilir. 40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan məişət əşyalarıdır. Yükün ümumi çəkisi 150 tondur.
Qeyd edək ki, ötən ilin sonunda Türkiyədən Çinin Sian şəhərinə iki ixrac qatarı çatdırılıb.