Fev 04, 2021 11:56 Asia/Baku
  • Türkiyə turizm sektorunda böhran

Bu il Türkiyədə otuz min turizm müəssisəsinin müflis olmasının elan edilməsilə bu sektorda fəaliyyət göstərən yeddi yüz min qüvvə işisz qalıb.

SəhərAzəri xəbər verir, Ötən ayın sonunadək Türkiyədəki yoxsulların sayı iyirmi milyon nəfərə çatıb və inflyasiya bu ölkə əhalisinin on beş faizinin həyatına kölgə salıb.

Əlməyadin telekanalının müxbiri İmən Fazil sonra deyib: Türkiyədə yüz min müəssisə fəaliyyət dövriyyəsindən çıxıb və orta işsizlik səviyyəsi on iki milyon nəfərə çatıb.

Türkiyədə təhsili tərk edən gənclərin sayı 26 faizə çatıb və bu, son on il ərzində ən yüksək statistika olub. Adları sosial təminat təşkilatlarının siyahısında qeydiyyatdan keçməyən fəhlələrin sayı otuz beş faizə çatıb.

Türkiyə Statistika İdarəsi bu yaxınlarda elan edib ki, COVID-19 pandemiyasına görə, ötən il bu ölkənin turizm sənayesindən əldə etdiyi gəlir, 2019-cu il ilə müqayisədə 65 faiz azalaraq, on iki milyard dollardan çox olubdur.

Teqlər