Fev 06, 2021 09:17 Asia/Baku
  • Türkiyədə iki ailə arasında silahlı qarşıdurma 6 nəfərin ölümünə səbəb olub

Türkiyənin Adıyaman vilayətinin Doluca kəndində iki ailə arasında qanla nəticələnən silahlı qarşıdurma baş verib.

SəhərAzəri Azərtaca istinadən xəbər verir ki, qarşıdurma nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Davaya səbəb ailələr arasında köhnə düşmənçilik olub.

Qan davasının daha da böyüməsindən ehtiyatlanan yerli hakimiyyət orqanları kənddə əlavə təhlükəsizlik tədbirləri görüblər.

Teqlər