Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimi davam edir
Fev 07, 2021 11:58 Asia/Baku
Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.
SəhərAzəri APA-ya istinadən xəbər verir ki, ürkiyə Müdafiə Nazirliyi yaydığı məlumat görəTəlim çərçivəsində Türkiyə və Azərbaycan ordusunun Qarsda təlim keçən hərbiçilərinə havada və məsafədən atlanma üzrə təlim keçilib.
Təlimə aid Türkiyə MN-nin Twıtter səhifəsində yer alan videogörüntü “Qartal kimi göydə süzür, aslanlar kimi yerdə kükrəyir, bir dastandır könüllərdə” ifadələri ilə yayınlanıb.
Qeyd edək ki, fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusunun hərbiçilərinə Qarsda ortaq hərbi təlimlər keçiriləcək.