Fev 24, 2021 00:41 Asia/Baku
  • Türkiyə ilə Yunanıstan arasında gərginlik artıb

Türkiyə mediaları yunan qırıcılarının Türkiyənin kəşfiyyat gəmisinə həddən artıq yaxınlaşmaları nəticəsində Egey dənizində Ankara ilə Afina arasında yaranmış gərginlikdən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Türkiyə mediaları bildiriblər ki, Yunanıstanın F-16 tipli dörd qırıcısı Egey dənizində fəaliyyət göstərən «Çeşmə» kəşfiyyat gəmisinə yaxınlaşaraq, gəminin min metrliyində manevr keçirib. Bu hərəkət Türkiyənin müstəvisindən təhrikedici bir hərəkət hesab olunur.

Yunanıstan qırıcıları bu davranışı Egey dənizinin şimal bölgəsində-beynəlxalq sularda göstəriblər. Amma Türkiyənin müdafiə nazirliyi bildiribdir ki, yunan qırıcılarının bu hərəkətinə lazımi cavabı verəcəkdir.

Ankara ilə Afina arasındakı ixtilaflar son aylar artıbdır. Bu istiqamətdə Yunanıstan öz hərbi büdcəsini beşqat artıraraq, Fransadan daha çox qırıcı satın alıbdır.

Teqlər