Türkiyə, Ermənistanla əməkdaşlığa hazırdir
https://azeri.sahartv.ir/news/türkiyə-i373662-türkiyə_ermənistanla_əməkdaşlığa_hazırdir
Türkiyə, Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 12:31 Asia/Baku
  • Türkiyə,  Ermənistanla əməkdaşlığa hazırdir

Türkiyə, Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirib

SəhərAzeri xəbər verir,  Türkiyə Xarici İşlər Naziri  Ermənistanın atdığı hər bir müsbət addıma Ankaranın müsbət cavab verəcəyini bildirdi.

Türkiyənin TRT saytına istinadən Mövlud Çavuşoğlu, "İndi bölgədə sülh, yenidənqurma və sabitlik üçün bir fürsət var"- deyə bildirib.

Türkiyə Xarici İşlər Naziri əlavə edib: Ermənistan bu istiqamətdə hərəkət edərsə, bu ölkənin xalqı da bölgənin sabitliyindən və iqtisadi inkişafından faydalanacaq. O Ermənistandan bu məsələyə diqqət yetirməsini istədi.

Çavuşoğlu qeyd edib: "Biz Azərbaycan Respublikasının yanında möhkəm dururuq və bu ölkəyə sülh və əmin-amanlıq yaratmaq və Dağlıq Qarabağın yenidən qurulmasına kömək edəcəyik."