Türkiyə mediasında Qaşıqçının qətli ilə bağlı ABŞ-ın gizli sənədləri yayacağına reaksiya
Ərəbistanın İstanbuldakı Konsulluğunda Ali-Səud rejiminin tənqidçisi olan jurnalıstin qətlə yetirilməsindən iki il yarım sonra bu hadisə ilə bağlı gizli hesabatların yayılması Türkiyədə media fəallarının reaksiyasına səbəb olub.
SəhərAzəri xəbər verir ki, Türkiyə mediaları ABŞ-ın Milli Kəşfiyyat İdarəsi tərəfindən Ərəbistan vəliəhdini Camal Qaşıqçının terror edilməsində iştirak etməkdə günahlandıran gizli sənədlərin yayılmasını gecikmiş etiraf kimi dəyərləndiriblər.
ABŞ bu cinayəti yenidən gündəmə gətirərək, bir daha "dəhşət evi"nin xatirəsini zehnlərdə canlandırdı; Hansı ki, tənqidçi jurnalist Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda ən qəddarcasına öldürüldü. Bədəni tikə-tikə doğrandı və hətta cənazəsi də tapılmadı.
59 yaşlı Qaşıqçı 2 oktyabr 2018-ci ildə Baş Konsulluğun binasına daxil olur və bir daha geri dönmür.
M.M: Camal Qaşıqçı bu binada qətlə yetirilir. Bunun səbəbi isə Səudiyyə vəliəhdi Bin Salmanın siyasətlərini tənqid etməsi idi.
ABŞ, hesabatı gizli kateqoriyadan çıxararaq bir neçə Səudiyyə vətəndaşına qarşı sanksiya tətbiq edib, lakin vəliəhd şahzadə bin Salmana qarşı sanksiya tətbiq etməkdən imtina edib.
Camal Qaşqaçının qətlə yetirilməsinin qara qutu iki il əvvəl açılıb, İndi isə mütəxəssislər hesab edirlər ki, ABŞ-ın elə də əhəmiyyətli olmayan bu ifşaçılığı Vaşinqtonun, tarixdə ən böyük silah müqaviləsinə imza atdığı bir ölkə ilə yeni sövdələşməsindən xəbər verir.
Türkiyə mediaları ABŞ-ın Milli Kəşfiyyat İdarəsi tərəfindən Ərəbistan vəliəhdini Camal Qaşıqçının terror edilməsində iştirak etməkdə günahlandıran gizli sənədlərin yayılmasını gecikmiş etiraf kimi dəyərləndiriblər.