Türkiyə ordusu PKK-ya qarşı əməliyyata başlayıb
Bir türk xəbər saytı, cari ilin ilk iki ayı ərzində Türkiyə qüvvələrinin Suriyada PKK ünsürlərinə ağır zərbələr endirdiyini bildirib.
SəhərAzəri xəbər verir ki, TRT xəbər agentliyinin məlumatına görə, Türkiyə hərbçiləri yanvar və fevral ayları ərzində Suriyada keçirdikləri bir neçə əməliyyatda, Türkiyə hərbçilərinə hücum edərək, "Sülh çeşməsi", "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları bölgələrinə nüfuz etməyə çalışan "YPG" ünsürlərindən 101-ni zərərsizləşdiriblər.
Məlumatda əlavə olunub ki, 2020-ci ildə də Türkiyə hərbçilərinin Suriyanın şimal və şimal-şərqində keçiridiyi müxtəlif əməliyyatlarda "YPG" və "PKK"nın 2 min 496 üzvü öldürülüb.
Türkiyə ordusu iki ildən çoxdur ki, terrorizm ilə mübarizə bəhanəsilə Suriyanın şimal və şimal-şərq bölgələrinin bəzi hissələrini işğal edib və hələ də bir qrup türk əsgəri bu bölgələrdədirlər.
Türkiyə ordusunun Suriyanın şimalına hərbi təcavüzü, Suriya xalqı və hökuməti, habelə beynəlxalq ictimaiyyət tərəfindən qınanıb. Rəsmi Ankara "YPG" qrupunu PKK partiyasının qolu hesab edir və onların hər ikisini terrorçu kimi tanıyıb, təqdim edir.