Mart 04, 2021 20:14 Asia/Baku
  • Türkiyədə hərbi helikopter qəzaya uğrayıb; 10 nəfər həlak olub

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında 10 nəfər həyatını itirib.

 SəhərAzəri xəbər verir, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada həlak olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, həlak olanlar arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

Teqlər