İstanbul meri üçün həbs cəzası istənilib
Türkiyə prokuroru İstanbul meri üçün həbs cəzası tələb edib.
SəhərAzəri xəbər verir ki, Türkiyə prokuroru, bu ölkə parlamentində hökumətlə əsas müxalif partiya olan Cümhuriyyət Xalq Partiyasının üzvü və İstanbul meri üçün həbs cəzası tələb edib.
İri İstanbul şəhərinin meri və Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlu, Türkiyənin sabiq komandanlarından olan bu ölkə ordusunun üzvü Səttar Yavuza qarşı hörmətsizlik ittihamı ilə mühakimə olunub.
Əkrəm İmamoğlu prokurorluğun, onun üçün iki il həbs cəzasının kəsilməsini istəməsi barədə deyib ki, onun hakim partiya tərəfindən mühakimə edilməsi üzrə səylər ölkənin əsas problemi olan məişət problemini ört-basdır etmək üçündür.
Bundan öncə müxtəlif bəhanələrlə Rəcəb Tayyıb Ərdoğan hökuməti tərəfindən cürbəcür ittihamlarla üzləşən Türkiyədəki kürd partiyaların rəhbərlərindən bir çoxu həmin hərəkətləri, hakim partiyanın qüdrətini təsbit etmək istiqamətində dəyərləndiribdir.