Mart 13, 2021 09:46 Asia/Baku
  • Türkiyə-Yunanıstan müzakirələri davam edəcək

Türkiyənin müdafiə naziri bildirib ki, Ankara-Afina müzakirələri münasib bir nəticəyə çatanadək davam edəcək.

SəhərAzəri xəbər verir ki, Hulusi Akar Qərbi bu ölkənin Yunanıstanla münasibətlərinin adiləşdirilməsinə bir maneə kimi təqdim edib.

Ankara və Avropa Birliyi/ Türkiyənin Kipr, Qarabağ, Liviya və Suriya qarşısındakı siyasəti, həmçinin Şərqi Aralıq dənizi bölgəsində Türkiyə ilə Yunanıstan arasındakı münaqişə kimi müxtəlif məsələlərdə ixtilaflara malikdirlər və Avropa Birliyiinin başçıları Türkiyə ilə ixtilaflara görə, bu ölkənin sanksiya edilməsi barədə razılığa çatıblar.

Son aylar Türkiyənin Şərqi Aralıq dənizi bölgəsində neft və qaz resurslarını çıxarmaq üzrə kəşfiyyat fəaliyyətləri və qazıntıları üstündə bu bölgədə Ankara ilə Afina arasındakı çəkişmələr kəskinləşibdir.

Yunanıstan bəzi Avropa ölkələri ilə yanaşı bu qənaətdədir ki, Türkiyənin hərəkətləri qanunsuz və gərginlik yaradandır. Onlar bu hərəkətlərin nəticələri barədə Ankaraya xəbərdarlıq ediblər. Ankara isə deyir ki, Şərqi Aralıq dənizində, həmçinin Qara və Egey dənizlərində öz hüquqlarını təmin etməkdədir.

Teqlər