Mart 19, 2021 18:03 Asia/Baku
  • Türkiyə İdlibdə özünün ikinci iri hərbi bazasını tikib

Türkiyə Suriyanın İdlib vilayətində özünün ikinci iri hərbi bazasını tikib.

SəhərAzəri xəbər verir ki, Babulhuy sərhəd keçidində yaradılmış bu baza, Türkiyə qüvvələrinin bu ölkə ilə Suriya arasındakı müştərək sərhədlərdə yerləşəcək əsas qərargahı olacaq.

Deyilənlərə görə, bu bazada uzaq mənzilli raket sistemləri, yeddi yüz zirehli avtomobil və bütün bu bölgəni əhatə edən radar sistemləri yerləşdirilibdir.

Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə iki ildən çox müddətdən öncə Suriyanın bəzi bölgələrini işğal etdi və türkiyəli hərbçilərdən bir qrupu hələ də bu bölgələrdə iştirak edirlər.

Türkiyə hərbçilərinin Suriyaya qarşı hücumları bu ölkənin xalqı və hökuməti, həmçinin dünya ictimaiyyəti tərəfindən pislənibdir.

Teqlər