Apr 07, 2021 15:35 Asia/Baku
  • Çin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rəsmi Ankara Çinin Türkiyədəki səfirini, Çin səfirliyinin son mesajı səbəbindən Xarici İşlər Nazirliyinə çağırıb.

SəhərAzəri xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Lui Şaobinin Çin səfirliyinin son paylaşımı səbəbindən Xarici İşlər Nazirliyinə dəvət edildiyini bildirib.

Türkiyə Çin səfirliyinin Tvitter səhifəsindəki paylaşımdan dolayı yaranan narahatlığı səfirə çatdırıb.

Çin səfirliyi Tvitter-də Türkiyənin iki yüksək səviyyəli rəsmisinin adını işarələyərək, yazıb: "Çin bu ölkənin ərazi bütövlüyünü şübhə altına alma cəhdlərinə qarşı çıxır və bu mövzuda uyğun qarşılıq vermə haqqını özündə saxlayır".

Bu paylaşım, Pekinə qarşı ittihamlar irəli sürən iki türk rəsmisinin əvvəlki mesajına cavab olaraq, edilib, Türkiyə Xarici İşlər Nazirliyi buna etirazını bildirmək üçün səfiri Xarici İşlər Nazirliyinə çağırıb.

Teqlər