Akarın Həsənovla video-konfransı
Türkiyə və Azərbaycan Respublikasının müdafiə nazirləri video-konfrans vaistəsilə danışıblar.
SəhərAzəri xəbər verir ki, Hulusi Akar Zakir Həsənovla virtual görüşdə deyib ki, iki ölkənin silahlı qüvvələrinin həmkarlıq qabiliyyətinin artırılması və əsrin tələblərinə uyğun surətdə Azərbaycan Respublikası ordusunun yenidən qurulması məqsədilə gələcəkdə yeni yol planı hazırlanaraq, icra olunacaq.
Türkiyənin müdafiə naziri Ermənistanın işğalından azad olunmuş bölgələrdə həyatın adi qaydaya qayıtmasının önəmini vurğulayıb. Bildirib ki, bu məsələnin reallaşması üçün region yol kənarında qoyulan mina və bombalardan təmizlənməlidir.
Akar sonra bildirib ki, qarşılıqlı təlimlər çərçivəsində Azərbaycan Respublikasının qüvvələri də türkiyəli qüvvələrə kömək edəcəklər.
Türkiyənin müdafiə naziri sonda deyib ki, Ankara və Bakı öz hüquq və maraqlarını müdafiə üçün lazımi əzm və gücə malikdirlər.
Ankara-Bakı əlaqələri xüsusən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı savaşdan sonra daha ciddi forma alıbdır.