Türkiyədə hərbi təyyarə dənizə düşdü
https://azeri.sahartv.ir/news/türkiyə-i375540-türkiyədə_hərbi_təyyarə_dənizə_düşdü
Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 08:46 Asia/Baku
  • Türkiyədə hərbi təyyarə dənizə düşdü

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşüb.

SəhərAzəri xəbər verir ki, Qafqazinfonun yaydığı məlumata görə Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşdüyünü xəbərini verib.

Təlim uçuşu zamanı baş verən qəzanın səbəbi hələ ki, məlum deyil. Hadisə nəticəsində həlak olan olmayıb.

Təyyarədəki iki pilot axtarış-xilasetmə əməliyyatı nəticəsində xilas edilib.

Xatırladaq ki, aprelin 7-si Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşmüş, nəticədə pilot şəhid olmuşdu.