Apr 13, 2021 17:49 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxmaların 85 faizi

Türkiyədə COVID-19-a yeni yoluxmaların 85 faizi virusun Britaniyada aşkarlanmış və mutasiyaya uğramış versiyasıdır.

SəhərAzəri xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ictimaiyyətə açıqlamasında bildirib.

Nazir deyib ki, Türkiyə hazırda pandemiyanın ən güclü yayılma mərhələsini yaşayır:

"Türkiyə ərazisinin 80 faizi hazırda riskli bölgələrdir, lakin buna baxmayaraq, ağır xəstə sayında artım müşahidə olunmur". 

F.Qoca indiyədək Türkiyədə yeni növ koronavirus əleyhinə 18 milyondan çox əhalinin  peyvənd olunduğunu, 7,5 milyonun isə ikinci peyvəndinin tamamlandığını deyib: 2Türkiyə dünyada ən çox peyvənd etdirən ölkələr sırasında 6-cı yerdədir". 

Qeyd edək ki, Ramazan ayında koronavirusun yayılma riskinin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçiriləcək hökumətin iclasında bu məsələ müzakirə olunacaq və dövlət başçısı qəbul olunacaq qərarları ictimaiyyətə açıqlayacaq.

Teqlər