Türkiyədə məhkəmə 10 keçmiş admiralı həbsdən azad edib
https://azeri.sahartv.ir/news/türkiyə-i375718-türkiyədə_məhkəmə_10_keçmiş_admiralı_həbsdən_azad_edib
Ankara məhkəməsi daha əvvəl Montrö konvensiyasını müdafiə edən bəyanat yayması ilə əlaqədar saxlanılan 10 keçmiş admiralı sərbəst buraxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2021 13:33 Asia/Baku
  • Türkiyədə məhkəmə 10 keçmiş admiralı həbsdən azad edib

Ankara məhkəməsi daha əvvəl Montrö konvensiyasını müdafiə edən bəyanat yayması ilə əlaqədar saxlanılan 10 keçmiş admiralı sərbəst buraxıb.

SəhərAzəri Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərara baxmayaraq, istefada olan hərbçilərə ölkədən çıxma qadağası qoyulub.

Xatırladaq ki, aprelin 4-ü Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayaraq Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırmışdı.

Bəyanatı yayan admiralların fikrincə, həmin sənədə əsasən, Bosfor və Dardanel boğazlarında Türkiyənin suveren hüquqları bərpa edilib. Bu səbəbdən Bosfor boğazına paralel olaraq keçəcək, Mərmərə və Qara dənizləri birləşdirəcək “İstanbul” kanalı layihəsi ilə əlaqədar razılaşmaya yenidən baxılması haqqında müzakirə qəbuledilməzdir.

Qeyd edək ki, Montrö müqaviləsi 1936-cı ildə imzalanıb. Bu müqaviləyə əsasən, dünya dövlətləri Türkiyənin boğazlar üzərində hüququnu tanıyıb.