Türkiyədə bir gündə 62 mindən çox insanda COVID-19 aşkarlanıb, 279 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i375778-türkiyədə_bir_gündə_62_mindən_çox_insanda_covid_19_aşkarlanıb_279_nəfər_ölüb
Türkiyədə son sutkada 62 797 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2021 18:56 Asia/Baku
  • Türkiyədə bir gündə 62 mindən çox insanda COVID-19 aşkarlanıb, 279 nəfər ölüb

Türkiyədə son sutkada 62 797 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 279 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir.

Hazırda ölkə üzrə 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 025 557 3 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 480 146 müalicə olunaraq sağalıb.