Apr 16, 2021 02:19 Asia/Baku
  • Türkiyənin İraqdakı hərbi bazası raket hücumuna məruz qalıb

Ankara hökuməti İraqın Başiqa bölgəsindəki qanunsuz hərbi bazasının hədəfə alındığını təsdiqləyərək, hücumda bir türkiyəli hərbiçinin öldüyünü söyləyib.

SəhərAzəri Deyerler.org-a istinadən xəbər verir ki,Türkiyə Müdafiə Nazirliyi bu gün (15 aprel) səhər ölkənin İraqın şimalındakı bazasına raket hücumu olduğunu təsdiqləyib.

Nazirlikdən verilən açıqlamada, Başiqa bölgəsindəki Zelikan bazasının hədəfə alındığına toxunularaq hücumda bir türk əsgərinin öldüyü qeyd edilib.

Açıqlamada bazanın yaxınlığındakı Zelikan kəndində başqa bir raketlə bir mülki şəxsin də ağır yaralandığı iddia edilib.

İraqın Sabreen News Teleqram kanalı 122 mm-lik üç raketin Mosulun (Başiqa) şimalındakı Türkiyə qüvvələrinin qanunsuz bazasını vurduğunu bildirmişdi.

Hücumdan sonra İraq Kürd Regional Rəhbərliyinin baş naziri Nəçirvan Bərzani və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşo‌lu Ərbil Beynəlxalq Hava Limanına və Türkiyənin qanunsuz bazasına bir gecədəki hücumları araşdırmaq üçün telefonla danışıblar.

Bundan əvvəl İraq müqavimət qrupları ölkədə işğalçı qüvvələr yer olmadığını vurğulayaraq Türkiyənin İraqdakı bazalarını hədəfə almışdı.

 

İraq müqavimət qrupları dəfələrlə Türkiyə Müdafiə Nazirliyinə İraq ərazilərindən tamamilə çıxmalarını və İraqın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyin vacibliyi barədə xəbərdarlıqlar etmişdilər.

 

Teqlər