Apr 23, 2021 18:35 Asia/Baku
  • Türkiyə ABŞ-ın niyyətinə münasibət bildirib

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası Amerikanın erməni soyqırımını rəsmən tanımaq niyyətini tənqid edib.

SəhərAzəri xəbər verir ki, Türkiyədə hakim partiyanın sözçüsü Ömər Çelik bir mətbuat konfransında Amerika prezidenti Co Baydenin bu ölkə senatorlarından erməni soyqırımını rəsmən tanımalarını istəməsi barədə belə deyib: Müttəfiq bir ölkənin tarixi reallıqlara işarə üçün erməni genosidi kimi terminlərdən istifadə etməsi qəbuledilməzdir.

Çelik vurğulayıb: Türkiyə prezidenti bundan öncə də dəfələrlə vurğulayıbdır ki, tarixçilər arxivləri araşdırsınlar. Biz də öz arxivlərimizin qapılarını açacağıq.

Ermənilər 24 apreli ermənilərin osmanlı imperiyası tərəfindən qırğın edilmələrinin ildönümü günü adlandırırlar. Ermənilər bu hadisəni soyqırımı kimi yad edirlər. Türkiyə isə ermənilərin osmanlı imperiyası tərəfindən 1915-ci ildə icbari şəkildə həbs, sürgün və qırğın edilmələrinin soyqırımı olmasını təkzib edir. Erməniərin sözlərinə görə, həmin hadisədə bir tam onda beş milyon erməni öldürülüb.

Teqlər