Apr 27, 2021 21:30 Asia/Baku
  • Türkiyə parlamenti Baydenin “erməni soyqırımı”nı tanımasını pisləyən bəyanat qəbul edib

Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair çıxışını pisləyən birgə bəyanat qəbul edib.

SəhərAzəri xəbər verir ki, bəyanatı Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkilləri imzalayıb.

Qəbul edilmiş bəyanatda bildirlib ki, Türkiyə Böyük Millət Məclisi olaraq, ABŞ prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli açıqlamasındakı 1915 hadisələri ilə bağlı erməni lobbilərinin iddialarını özündə ehtiva edən tezisləri və əsassız fikirləri qətiyyətlə rədd edillir və qınanır: “Tarixi mövzularda hökm verməyə hüquqi və məənəvi baxımdan səlahiyyəti olmayan ABŞ prezidentinin  bu açıqlaması əsassız və qanunsuzdur”. 

“Birinci Dünya Müharibəsi şərtlərində yaşanan Osmanlı dövlətinin türk və erməni xalqları üçün faciəli nəticələrə səbəb olan hadisələrindən 106 il sonra, bu cür məsuliyyətsiz bir ifadənin səslənməsinin səbəbi dəyişən tarixi sənədlər  və ya beynəlxalq hüquq normalar deyil, bu gün kiçik mənfəətləri hesabına ABŞ-ın erməni lobisinin təzyiqlərinə boyun əyməsidir”  deyə bəyanatda qeyd olunub ki, tarixi həqiqətlərlə bir araya sığmayan bu açıqlama, xalqlar arasında yaxınlaşmağa heç bir müsbət təsiri olmayan məsuliyyətsiz bir addımdır. 

"Soyqırım" ın beynəlxalq hüquq anlayış olduğu bildirilən bəyanatda  ABŞ Admintrasiyası tərəfindən Türkiyə əleyhinə səslənən  ittihamın BMT-nin 1948-ci ildə qəbul olunan “Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”sının tələblərinə zidd olduğu vurğulanıb: ”Bu konvensiyaya görə, açıq şəkildə müəyyən edilmiş bir ittihamı ifadə edən “soyqırım” anlayışı yalnız səlahiyyətli bir məhkəmə tərəfindən hökm edilə bilər.  1915-ci il hadisələrinin qanuni olaraq soyqırım kimi təyin edilməsi üçün lazım olan şərtlərin heç biri mövcud deyil. Bundan başqa Avropa İnsan Haqları Məhkəməsinin 2015 və 2017-ci il tarixli qərarlarına görə,  1915-ci il hadisələri  tarixi bir mübahisədən başqa bir anlam ifadə etmir. Üstəlik, tutduğu məqam nə olursa-olsun bir siyasətçinin məhkəmələrin səlahiyyətləri daxilində qərar çıxarmaq cəhdi qanuni və mənəvi baxımdan böyük məsuliyyətsizlikdir”.

TBMM-nin 4 partiyasını təmsil edən millət vəkilləri imzaladıqları sənəddə ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı bəyanatını xalqlar arasında ayrı-seçkilik etmək, radikal-ekstremist dairələri dəstəkləmək və nifrəti təşviq etmək kimi  qiymətləndirərək , bu coğrafiyada yaşayan xalqların sülh və sabitlik şərtlərində yaşamasına dəstək vermək üçün  Co Baydenin yanlış və məsuliyyətsiz qərarından çəkinməyə dəvət ediblər.

Qərarın Türkiyə üçün heç bir hökmü olmadığı bildirilən ortaq bəyanata  prezident Ço Baydenin 24 aprel 2021-ci il tarixli açıqlamasının qınanması, rədd edilməsi və qanunsuz olaraq qəbul edilməsi üçün Türkiyə Prezident Adminstrasiyasının ”Resmi gazete”sində dərc olunaraq rəsmi qaydada təsdiqlənməsi təklif edilib.

 

Teqlər