May 09, 2021 13:30 Asia/Baku
  • İranın Türkiyədəki səfirliyi Anadolu agentliyinin iddiasını təkzib edib

İran İslam Respublikasının Türkiyədəki səfirliyi Anadolu xəbər agentliyinin qeyri-düzgün iddiasını təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Türkiyədəki səfirliyi bu gün bir bəyanatda Anadolu xəbər agentliyinin hərbi qüvvələrin Suriyadan Yəmənə köçürməsində İranın roluna dair iddiasını rədd edib.

Səfirlik vurğulayıb ki, bu kimi iddia meydan reallıqlarından az məlumatın olmasının nişanəsidir.

İran İslam Respublikasının Türkiyədəki səfirliyinin bəyanatında deyilir ki, bu saxta iddia İranın Yəmən xalqına qarşı qeyri-insani və faciəli savaşla bağlı münasibətilə təzad təşkil edir.

İran səfirliyi həmçinin bildirib ki, İran İslam Respublikası daima bu müharibənin bitməsini istəyib və BMT-nin siyasi həll yoluna çatmaq istiqamətindəki səylərini himayə edibdir.

Anadolu xəbər agentliyi bir xəbərdə iddia etmişdi ki, İran 120 suriyalı qüvvəni Suriyanın Diyrəzzur vilayətindən Yəmənə göndərib.

Teqlər