Ərdoğan və Roma Papası Qəzzada baş verənləri müzakirə edib
https://azeri.sahartv.ir/news/türkiyə-i377092-Ərdoğan_və_roma_papası_qəzzada_baş_verənləri_müzakirə_edib
Türkiyə prezidenti və dünya katoliklərinin rəhbəri sionist rejimin fələstinlilərə qarşı son hücumlarını müzakirә ediblәr.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2021 15:39 Asia/Baku
  • Ərdoğan və Roma Papası Qəzzada baş verənləri müzakirə edib

Türkiyə prezidenti və dünya katoliklərinin rəhbəri sionist rejimin fələstinlilərə qarşı son hücumlarını müzakirә ediblәr.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğan vә Papa Fransisk arasında telefon danışığı olub.

Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı, sionist rejimin təkcə fələstinliləri deyil, həm də bütün müsəlmanları, xristiyanları və bəşəriyyəti hədəfə aldığını söyləyib. 

Ərdoğan əlavə edib: "Papanın mesajları və reaksiyaları beynəlxalq ictimaiyyəti və xristian dünyasını səfərbər etmək baxımından çox əhəmiyyətlidir."

Rәcәb Tayyib Әrdoğan bildirib ki, beynәlxalq ictimaiyyәt İsrailә lazımi reaksiyanı göstәrmәli vә bu istiqamәtdә konkret baddımlar atmalıdır.